Türk ordusu strateji əhəmiyyətli Burseya dağını ələ keçirdi, xeyli terrorçu məhv edildi, 10-dan çox əsir alındı

img

22-01-2018 [18:59]


Türkiyə ordusu bu gün Afrində strateji əhəmiyyətə malik olan Burseya dağını ələ keçirib.

Mia.az Türkiyə mətbuatına istinadən xəbəır verir ki, əməliyyat zamanı bir qrup terrorçu məhv edilib, 10-dan çox PKK/ PYD terrorçusu əsir götürülüb. 

Baş nazir Binəli Yıldırım əməliyyatla bağlı deyib ki, bu günə qədər bir türk əsgəri nə yaralanıb, nə də şəhid olub: "Əməliyyat planlandığından da sürətli və qərarlı şəkildı davam edir".

Xatırladaq ki, Türk ordusu Suriyanın Aziz bölgəsi də daxil olmaqla, 4 istiqamətdən Afrinə hücum edib. 11 kənd azad edilib, 400-dək hədəflər məhv edilib. Azizdən Afrinə olan 13 km-lik məsafənin 8 km-i terrorçulardan təmizlənib. 

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR