"ABŞ-dan soruşuram: “Sizin Əfqanıstanda qalma müddətiniz məlumdurmu?" - Ərdoğandan Afrin bəyanatı

img

22-01-2018 [16:19]


Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrin əməliyyatı ilə bağlı başda ABŞ olmaqla, bütün dünyaya yeni mesajlar verib.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Suriyadakı kürd əhali ilə heç bir problemlərinin olmadığını bəyan edərək, vurğulayıb ki, əsas problem oradakı PKK/PYD terror qrupudur: 

"Problem kürd dəhlizində deyil, məsələ terrorçuların istifadə etdikləri dəhlizdir. Kürd dəhlizi ilə terrorçuların ixtiyarında olan dəhlizin fərqini mən burada izah etməyə borclu deyiləm. Hatayada Elektrik stansiyasına atılan raket nəticəsində bir vətəndaşımız şəhid olub. Şəhidimizin qanı yerdə qalmayacaq. Afrində problem həll olunacaq, orada işimiz bitməyənə qədər  geri çəkilməyəcəyik. 

ABŞ isə bizə deyir ki, Afrində qalacağınız müddət məlum olmalıdır.  O zaman mən də ABŞ-dan soruşuram: "Sizin Əfqanıstanda qalma müddətiniz məlumdurmu? Bu müddət nə vaxt bitəcək? Biz hakimiyyətə gəlməzdən əvvəl siz İraqa girdiniz. Ona görə də biz dünya 5-dən böyükdür deyirik. ABŞ bölgəyə 5 min TIR silah göndərib. Həmin silahları kimə verdilər? Onlar terror qruplaşmasına verildi. Hazırda ABŞ-ın Suriyanın şimalında 20-yə qədər hərbi bazası var. İndiyədək onlardan dürüstlük görmədik. Biz də Rusiya ilə apardığımız müzakirələr çərçivəsində yolumuza davam edirik.

Terrorçular Afrində mülki insanlara işgəncə verir. Türkiyə ordusu əsas hədəfi təhlükəsizliyini, Suriyanın ərazi bütövlüyünü təmin etməkdir. Həmin terrorçular Türkiyə üçün nə dərəcdə təhdid yaradırsa, eyni dərcədə İran, Suriya, İraq və bütövlükdə bölgə üçün təhlükə mənbəyidir”.

Ərdoğan bildirib ki, çox yaxında əməliyyatlara kürd, ərəb və türkmənlərdən dəstək gələcək:

"Bütün dünyaya elan edirəm. Ölkəmizin heç kimsənin bir qarış torpağında gözü yoxdur. Hamımızn gözü önündə Suriya torpaqlarında  bölgə xalqları ilə heç bir əlaqəsi olmayan bir baza - sistem yaratmağa çalışırlar. Bu baza, bu yapı Suriya, Iraq, İran və bütün bölgə üçün həyatı təhdiddir. Bizim əməliyyatımızdan sonra isə Suriyalı qardaşlarımız öz evlərinə dönmə imkanı qazanacaqlar.

Afrinin 55 faizi ərəbdir, 35 faizi kürd, qalan hissəsi isı türkmandir. Amma orada bir terror qrupu var. O terror qrupu aradan qaldırldıqdan sonra bizə ən böyük təşəkkür elə oradakı kürd qardaşlarımızdan, ərəb qardaşlarımızdan, türkman qardaşlarımızdan gələcək".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR