Ekologiyaya zərər vuranlar cərimlənib - Rəsmi

img

22-01-2018 [15:22]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 4-15 yanvarda ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

ETSN-nin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntuları ilə əlaqədar 88 akt və protokol tərtib olunub. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 13 müddətli "məcburi göstəriş” verilib.

Ümumilikdə 19 iş üzrə 7300 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 19 iş üzrə 22303,96 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 310 iş üzrə 27952,18 manat məbləğində ödəmə tətbiq edilib.

Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 9, icra qurumlarına 6 iş göndərilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR