Azərbaycanın keçmiş hərbi prokuroru vəfat etdi

img

22-01-2018 [10:33]


1993-1995-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini- hərbi prokuroru olmuş general mayor Təhməzov Nizami İsa oğlu dünyasını dəyişib.

Mia.az xəbər verir ki, bu barədə Unikal.org-a mərhumun qardaşı Ramiz Təhməzov məlumat verib. O vurğulayıb ki, qardaşı Nizami Təhməzov ürək çatışmamazlığından, 70 yaşında dünyasını dəyişib və Sumqayıt qəbristanlığında dəfn edilib.

Mərhumun 3 mərasimi sabah saat 10:00-dan Həzi Aslanov metrosunun yaxınlığındakı "Zəm-zəm” mərasim evində keçiriləcək.

Allah Rəhmət eləsin!

Xatırladaq ki, Nizami İsa oğlu Təhməzov 1947-ci ildə Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olub. 1982-ci ildə Bakı şəhər prokurorluğunda mühüm işlər üzrə müstəntiq, 1992-ci ildən Respublika hərbi prokurorunun 1-ci müavini vəzifələrində çalşıb. N. Təhməzov 1993-1995-ci illərdə Respublika hərbi prokuroru olub. 1994-cü il noyabr ayının 9-da Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ona Ədliyyə general –mayoru rütbəsi verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR