Rəsmi Vaşinqtondan Türkiyənin Afrin əməliyyatına reaksiya: "Hərbi əməliyyatın müddəti müəyyən edilməli və..."

img

21-01-2018 [22:39]


ABŞ Dövlət Departamenti Türkiyənin Afrinə qarşı əməliyyatına siyasi dəstək versə də, narahat olduqlarını da gizlətməyib.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı bu gün Departament yeni və yazılı bəyanat yayıb.

Bəyanatda rəsmi Vaşinqtonun Türkiyənin apardığı hərbi əməliyyatı anlayışla qarşıladığı vurğulanıb: "NATO-dakı müttəfiqimiz və İŞİD-ə qarşı mübarizədə həlledici tərəfdaşımız olan Türkiyənin haqlı təhlükəsizlik qayğılarını dəstəkləyirik. Ancaq hərbi əməliyyatın müddəti müəyyən edilməli və eyni zamanda, mülki vətəndaşların təhlükəsizliyinə xüsusi diqqətlə yanaşılmalıdır". 

Departament bəyanatda bütün tərəfləri əsasən İŞİD-ə qarşı mübarizəyı çağırıb: "Böyük ölkələr Suriya xalqına sülh, sabitlik təmin etmək üçün birlikdə çalışmalıdır".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR