Türk ordusu 9 kənd azad etdi, Afrinin mərkəzinə doğru irəliləyir, PYD qüvvələri təlaşdadır - Afrin əməliyyatı

img

21-01-2018 [20:49]


Türkiyə ordusu "Zeytun budağı" adlı əməliyyatı çərçivəsində bu gün Afrində 9 kəndi PKK/PYD və İŞİD terrorçularından tam təmizləyib.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə tanklarının və komandoslarının Azad Suriya Ordusu ilə birgə həyata keçirdiyi əməliyyat çox sürətlə davam edir: "Bu gün 9 kənd terrorçulardan azad edildi, hədəf Afrinin mərkəzinə doğru davam edir".

Məlumata görə, Suriyanın Aziz bölgəsi də daxil olmaqla, 3 istiqamətdən hücuma keçən Türkiyə ordusunun sürətli və əmin əməliyyatı PKK/YPG qüvvələrini böyük təlaşa salıb. Onlar mülki geyim geyinərək əhalinin arasına sığınmaqla, ölümdən yayınmağa çalışırlar.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub