NATO-dan Afrin əməliyyatı ilə bağlı bəyanat: "Hər ölkənin özünü müdafiə etməyə haqqı vardır"

img

21-01-2018 [19:17]


"Hər ölkənin özünü müdafiə etməyə haqqı vardır".

Bu sözlər NATO-nun Türkiyənin Afrində başlatdığı "Zeytun budağı” əməliyyatı ilə bağlı açıqlamasında yer alıb.

NATO-dan verilən açıqlamada Türkiyənin əməliyyat barədə təşkilata üzv ölkələri qabaqcadan məlumatlandırdığı bildirilib. Türkiyənin qarışıq bir bölgədə yerləşdiyini və terrordan açıq şəkildə zərər çəkdiyi vurğulanıb.

NATO-nun açıqlamasında həmçinin türk rəsmilərin Baş katib Yens Stoltenberqlə mütəmadi olaraq əlaqədə olduğu qeyd olunub/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR