Yeni nazir müavini ilə nazir tələbə yoldaşıdır? - Maraqlı faktlar

img

21-01-2018 [19:04]


Xəbər verdiyimiz kimi, təhsil nazirinin müavini Mətin Eynullayev vəzifəsindən azad edilib. Prezident İlham Əliyev müvafiq sərəncamı ilə vəzifədən azad edilən Mətin Eynullayev Vergilər Nazirliyində yüksək vəzifəyə təyin edilib. 

O, artıq vəzifəsinin icrasına başlayıb və yanvarın 19-da Vergilər Nazirliyində 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak edib.

Bəs yeni nazir müavini kimdir?

Mia.az Qaynarinfo-ya istinadən  xəbər verir ki, Eynullayev Mətin Balasən oğlu nazir müavini olmazdan əvvəl Təhsil Nazirliyinin Aparat rəhbəri postunu tutub. O, uzun müddətdir ki, Mikayıl Cabbarovla birlikdə çalışır. Belə ki, Mikayıl Cabbarov Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi olduğu vaxtda o, bu idarədə (2009-2013-cü illər) hüquqşünas, sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri və Aparat rəhbəri vəzifələrində çalışıb. Cabbarov 2013-cü ildə təhsil naziri təyin edildikdən sonra onu da nazirliyə dəvət edərək, Aparat rəhbəri postunu həvalə edib. Ötən ilin yanvarında prezident İlham Əliyevin sərəncamı ilə təhsil nazirinin müavini təyin edilib.

Mətin Eynullayev əvvəllər "Azleks” beynəlxalq hüquq firmasında müşavir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas, İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun baş məsləhətçisi işləyib.

Bəzi məlumatlara görə, Mətin Eynullayev təhsil nazirinin tələbə yoldaşıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR