Rəsmi Ankaradan Fransanın etirazına reaksiya: "Əgər Afrinə hücumu BMT-də müzakirəyə çıxararlarsa, o zaman..."

img

21-01-2018 [18:55]


İraqda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bağdadda jurnalistlərin suallarını cavablandırıb.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, nazir Afrində həyata keçirilən əməliyyatla bağlı danışıb. 

O bildirib ki, Türkiyə ordusu Azad Suriya Ordusu ilə birlikdə artıq Afrinin bir neçə kəndini terrorçulardan təmizləyib:

"Bu şəkildə sona qədər irəliləyəcəyik və bölgəni terrorçulardan təmizləyəcəyik. Bu təhdid sərhədlərimizin düz yanında cərəyan edərkən, biz əməliyyatı dayandırmayacağıq".

Çavuşoğlu Fransanın Xarici İşlər Nazirliyinin əməliyyatla bağlı BMT-dən təcili toplantı tələbini də şərh edib: "Bizim hədəfimiz Afrindəki mülki əhali deyil. Əksinə, mülki əhali məsələsində Türkiyənin nə qədər diqqətli və həssas olduğunu hər kəs bilir. Bunu da Fransalı həmkarımın diqqətinə bir daha çatdırdım. O da mənə buna görə təşəkkür etdi".

Nazir qeyd edib ki, Fransa və ya bir başqa ölkə məsələni BMT-yə daşıyarsa, o zaman həmin ölkə terrorun yanında olan dövlət durumuna düşər.

Onu da xatırladaq ki, Bağdadda Çavuşoğlu Iraqlı həmkarı İbrahim Cəfəri ilə də görüşüb.

Görüşdə Afrində olduğu kimi, İraq və Türkiyə dağlarında da məskən salan bütün terrorçuların məhv edilməsinin vacibliyi müzakirə olunub. Tərəflərin bu mövzuda birgə addım atmaq imkanları da masaya yatırılıb.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR