"Bu, bir dünya rekordudur" - Türkiyə niyə birdən 72 qırıcı ilə hücuma keçdi? + Səbəb açıqlandı

img

21-01-2018 [17:27]


Xəbər verdiyimiz kimi, dünən Türkiyə ordusu 72 qırıcını birdən havaya qaldıraraq Afrindəki PKK/YPG terror qruplaşmasına qarşı hücuma keçib.

Dünya mediası Türkiyənin birdən-birə 72 qırıcını niyə havaya qaldırmasını müzakirə edərkən isə təhlükəsizlik üzrə ekspert Abdullah Ağar buna aydınlıq gətirib.

Mia.az xəbər verir ki, o, Türkiyənin 72 qırıcının eyni anda havaya qaldırıb, hücum etməsinin anlamlı olduğunu bildirib. O, əməliyyata qatılan 72 qırıcının "Fərat qalxanı" əməliyyatı zamanı şəhid olan 72 türk əsgərinin ruhuna sayğı məqsədi daşıdığını deyib.

Ağar qeyd edib ki, Afrinə 72 savaş təyyarəsi ilə gerçəkləşdirilən hava hücumunun tarixdə bir bənzəri yoxdur: "Ən son 2007-ci ildə Iraqın şimalında bir əməliyyata 50 qırıcı  eyni anda qatılmışdı. Afrinə 72 qırıcı ilə edilən hücumda isə 113 hədəfdən 95.57 faizi, yəni 108-i dəqiq vurulub. Bu, bir dünya rekordudur. Dünyada bunun bənzəri yoxdur".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR