Türkiyənin Afrinə hücumu Fransanı hərəkətləndirdi - Rəsmi Paris BMT-dən təcili toplantı tələb etdi

img

21-01-2018 [16:40]


Fransa Türkiyənin Afrinə hücumundan narahat olub.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, Ankara tərəfindən hücumla bağlı zamanında Fransa məlumatlandırılıb, hücuma niyə ehtiyac yarandığı rəsmi Parisə izah olunub. Lakin görünür, Fransa bununla qane olmayıb.

Məlumata görə, Fransa artıq BMT Təhlükəsizlik Şurasının təcili toplanması üçün müraciət edib. Fransa bunu Türkiyənin Afrinə hücumundan yaranan qayğıları ilə əlaqələndirib. 

Bu arada isə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Fransalı həmkarı ilə təkrar telefonda danışıb və bir daha əməliyyatın hansı zərurətdən yarandığınə qarşı tərəfə izah edib. Lakin görünür, bu izahat da Fransanı qane etməyib.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR