"Zeytun budağı" adlı əməliyyatı: Türk ordusu Afrinin 5 km ərazisinə girdi, iki kənd təmizləndi

img

21-01-2018 [16:27]


Türkiyə ordusu dünən başlanan "Zeytun budağı" adlı əməliyyatla Afrində 2 kəndi PYD terrorçularından təmizləyib.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə tanklarının dəstək verdiyi Azad Suriya Ordusu qısa zamanda iki kəndi azad etməklə yanaşı, Afrinin içinə doğru 5 km-dən çox irəliləyib.

Bu arada isə türkiyə Ordusu Kulis istiqamətindən də Afrinə hücuma keçib. Terror qrupları Türkiyə ilə bütün sərhəd postlarını ataraq şəhərin içinə doğru, əhalinin sıx yaşadığı məkanlara geri çəkilib. Hazırda Türkiyə ordusu minalanan ərazini növbəti və sürətli hücum üçün təmizləyir.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR