Ərdoğandan Afrin açıqlaması: "Əsla geri çəkilməyəcəyik, kim qarşımıza çıxsa, əzib keçəcəyik"

img

21-01-2018 [16:11]


Türkiyə prezidenti Ərdoğan Afrin əməliyyatı ilə bağlı açıqlama verib.

Mia.az xəbər verir ki, o, bu əməliyyatın qısa zamanda başa çatacağını deyib:

 "Bu gün xəbər aldım ki, HDP Diyarbəkirdə xalqı küçələrə çıxarmaq üçün toplantı keçirmək istəyib. Lakin adam tapmayıblar. Ey HDP, sizi hər an təqib edir, addımlarınızı görürük. Hamısı bunun əvəzini ödəyəcək. Türkiyə terrora qarşı qərarlı bir şəkildə mübarizə aparır və əsla geri çəkilməyəcək. İnşallah, Afrin əməliyyatını da qısa zamanda uğurla bitirəcəyik. Bu, bir milli mücadilədir. Kim qarşımıza çıxarsa, əzib keçəcəyik".


Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR