"20 yanvarda ordunu Artur Rasi-zadə çağırmışdı" - Partiya sədrindən ittiham

img

21-01-2018 [14:54]


"20 Yanvar faciəsini o hadisələrin bir iştirakçısı kimi xatırlayıram. Xatirimdədir ki, Azərbaycanın milli liderlərindən biri olan Etibar Məmmədovla tanklar üstümüzə gələndə qazılmış boş qazmaların içinə girirdik, tank gəlib üstümüzdən keçirdi, elə bilirdilər bizi əziblər. 20 Yanvar tankların altında qalan, güllələnən meyitləri daşımağımızla yadımda qalıb”.

Mia.az xəbər verir ki, bu sözləri Versus.Az-a 20 Yanvar faciəsinin 28-ci ildönümündə xatirələrini danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib:

"20 Yanvar faciəsi necə, hansı saatda başladı, bu barədə mən də, o hadisələrin digər şahidləri də çox danışmışıq. Yadımdadır ki, Etibar Məmmədovla mən o vaxtın UAZ xəstəxana maşını ilə əhalinin toplaşdığı yerlərə gedib deyirdik ki, ordu artıq Bakıya daxil olur, dağılışmaq lazımdır. Adamları tankların qabağından çəkirdik. Ölümlə üz-üzə gəlirdik. Biz təsadüfdən sağ qalmışıq, biz də ölə bilərdik. Bu gün o hadisələrlə bağlı cəsarətlə danışıram. Sabir Rüstəmxanlı, mən, Etibar Məmmdov, Nemət Pənahlı, xalq cəbhəsinin, milli istiqlal partiyasının, Müsavatın digər üzvləri – hamımız meydanda idik.

O vaxt qırğını törədənlər Ali Sovetdə oturanlar idi. Azərbaycana 20 yanvarda ordunu Artur Rasi-zadə çağırmışdı. Baş nazir Artur Rasi-zadənin teleqraması var ordunu Azərbaycana dəvət etməklə bağlı. Niyə unutqan olub bu xalq? Bu əldəqayırma müxalifət niyə tələb etmir ki, həmin teleqram çıxsın üzə, xalqa sübut olunsun ki, Qorbaçova Azərbaycana qoşun göndərilməsi teleqramasın Artur Rasi-zadə göndərib? Ayaz Mütəllibov da bunu deyib. Heç kim danışıb özünü pis adam etmək istəmir. Ona görə də hər kəs ancaq ildönümlərində sakitcə keçir məsələnin üstündən. 28 ildir susublar, bundan sonra da susacaqlar”.

H.Hacıyev MMP olaraq hər il 20 Yanvar faciəsinin ildönümlərində Şəhidlər Xiyabanını ziyarət etməklə yanaşı şəhid ailələrinə baş çəkdiklərini, problemləri varsa müəyyən mənada onun həllinə çalışdıqlarını vurğuladı.


Digər xəbərlər
SON XƏBƏRLƏR