Türkiyə tankları Afrinə daxil olub

img

21-01-2018 [11:31]


Türkiyə tankları Afrinə daxil olub.

"Hürriyət" nəşri bu barədə hərbi mənbəyə istinadən məlumat yayıb. Bildirilir ki, quru əməliyyatları zamanı Türkiyə ordusu ciddi müqavimətlə üzləşməyib. YPG terrorçuları ətraf kənd və qəsəbələrə geri çəkiliblər.

Türkiyə şənbə günü Afrində Suriyanın silahlı kürd dəstələrinə qarşı (YPG) əməliyyatlara başlayıb. Terrorçuların mövqelərinə havadan zərbələr endirilib. Eyni zamanda Suriyanın müxalifətdən olan "Azad Suriya ordusu" qruplaşması bazar günü ölkənin şimalında yerləşən Afrin rayonunda genişmiqyaslı əməliyyatlara başlayıb/report.



Digər xəbərlər
SON XƏBƏRLƏR