Rusiya ordusu Suriyanın Afrin rayonunu tərk edib

img

20-01-2018 [21:00]


Rusiya ordu komandanlığı Türkiyənin əməliyyat keçirdiyi Suriyanın Afrin rayonundakı hərbçilərin təhlükəsizliyini təmin etmək və mümkün təxribatların qarşısını almaq üçün tədbirlər görüb.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, komandanlığın əmri ilə Rusiya hərbçiləri Afrindən "Təl Rifat” təhlükəsizlik zonasındakı Təl Əcər rayonuna dislokasiya edilib.

Məlumata görə, "Təl Rifat” təhlükəsizlik zonasındakı vəziyyətə fasiləsiz nəzarət olunur.

Qeyd edək ki, Türkiyə ordusu bu gün Bakı vaxtı ilə saat 18.00-da Suriyanın Afrin bölgəsində terrorçulara qarşı "Zeytun budağı" əməliyyatı başlayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR