Afrin əməliyyatı başladı: 113 hədəfdən 108-i vuruldu + Dünyadan reaksiyalar

img

20-01-2018 [19:43]


Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələr PYD-YPG qruplaşmasının Suriyanın Afrin bölgəsindəki mövqelərini bombalamağa başlayıb.

Mia.az-ın NTV-yə istinadən verdiyi xəbərə görə, hərbi təyyarələr qabaqcadan müəyyənləşdirilmiş mövqelərə zərbə endirirlər. Hələlik təyyarələrin Suriya hava məkanına keçib-keçmədiyi məlum deyil. Türkiyə ərazisindən də Suriya içərisindəki həmsərhəd ərazilərə zərbə endirməyin mümkün olduğu bildirilir. Azad Suriya Ordusu bölmələrinin isə qurudan əməliyyata başladığı xəbər verilir.

Qeyd edək ki, "Suriya Azadlıq Ordusu" Əsəd hakimiyyətinə, habelə terrorçu PKK-nın bu ölkədəki birləşmələrinə qarşı müxalif mövqedədir.

Daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrində hərbi əməliyyatların başlandığını bildirib.

*** 

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı terrorçu qrupların Suriyanın Afrin bölgəsindəki mövqelərinin bombalanması ilə bağlı rəsmi açıqlama yayıb. 

APA-nın "Habertürk”ə istinadən verdiyi xəbərə görə, açıqlamada deyilir: 

"Türk Silahlı Qüvvələri tərəfindən sərhədlərimizdə və bölgədə təhlükəsizlik və sabitliyi təmin etmək məqsədilə Suriyanın şimal-qərbindəki Afrin bölgəsində PKK-PYD-YPG və İŞİD-ə mənsub terrorçuların zərərsizləşdirilməsi, eləcə də dost və qardaş bölgə xalqını bunların zülmündən qurtarmaq üçün "Zeytun budağı” əməliyyatı başlayıb”.

Əməliyyatdan qısa müddət öncə Türkiyə ordusunun Baş Qərargah rəisi Hulusi Akar Rusiya və ABŞ-dan olan həmkarları Valeri Gerasimov və Cozef Danford ilə telefon əlaqəsi saxlayıb.

***

Mia.az Anadolu agentliyinə istinadən xəbər verir ki, əməliyyat zamanı öncədən müəyyənləşdirilən 113 hədəfdən 108-i vurulub.

Türkiyə Silahlı Qüvvələrindən (TSQ) bildirilib ki, əməliyyat zamanı əsas hədəf olaraq terrorçular və onlara aid sığınacaqlar, mövqelər, hərbi texnikalar seçilib. Qeyd edilib ki, sivil vətəndaşların zərər görməməsi üçün xüsusi həssaslıq göstərilir.

TSQ-dan açıqlanıb ki, hazırda döyüş bölgəsində ölən və yaralananların hamısı PKK/PYD terrorçularıdır.

****

Rusiya Xarici İşlər Nazirliyi Türkiyənin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi hərbi əməliyyatla bağlı açıqlama yayıb.

 Açıqlamada deyilir:

"Daxil olan məlumata əsasən yanvarın 20-də Türkiyə Suriyanın şimal-qərbindəki Afrin bölgəsində güc tətbiqinə başlayıb. Türkiyə ordusunun Baş Qərargahı bildirib ki, türk hərbçiləri Suriya kürd "Demokratik İttifaq” Partiyasının silahlılarının provokativ atəşlərinə cavab olaraq Suriya kürdlərinin mövqelərini atəşə məruz qoyub. Bu məlumat Moskvada narahatlıqla qarşılanıb. Vəziyyətin inkişafını diqqətlə izləyirik. Rusiya Suriyada bu ölkənin ərazi bütövlüyünün qorunmasına, suverenliyinə hörmətə əsaslanan və BMT TŞ-nin 2254 saylı qətnaməsinə, eləcə də Astana prosesində deeskalasiya zonalarının yaradılması barədə əldə olunan razılaşmalara uyğun çözümün axtarışı üzrə davamlı mövqeyinə sadiqdir. İŞİD-in simasında beynəlxalq terrorizmin hərbi-siyasi ocağının darmadağın edilməsindən və Suriyadan Rusiya qoşunlarının önəmli hissəsinin çıxarılmasından sonra bu ölkədə qalan rusiyalı hərbçilərin əsas məqsədi deeskalasiya zonalarında atəşkəs rejiminin təmin olunmasından ibarətdir”.

**** 

Türkiyə ordusu və Suriya müxalif qüvvələrinin Afrində terrorçulara qarşı əməliyyata başmasından sonra Pentaqon bölgədə münaqişənin kəskinləşməsinin qarşısını almağa çağırıb.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Erik Paxon deyib. O, münaqişə tərəflərini İŞİD-i darmadağın etməyə çağırıb. 

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR