"Afrində bütün terror ocaqları aradan qaldırılacaq" - Müdafiə naziri

img

19-01-2018 [15:14]


Türkiyə ordusu Suriyanın Afrin bölgəsində hərbi əməliyyat keçirəcək.

Bunu bu gün Türkiyənin müdafiə naziri Nurəddin Canikli bəyan edib.

 N. Canikli deyib ki, bölgənin PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG terror təşkilatından təmizlənməsi üçün hərəkatla bağlı lazımı şərtlər formalaşdırılır: "Afrində bütün terror ocaqları aradan qaldırılacaq".   

Qeyd edək ki, ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusunun bir həftə ərzində Afrində hərbi əməliyyata başlayacağını bəyan edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR