"Ölkəyə cəmi 3 nəfər işlənmiş təkər gətirib" - Generaldan açıqlama

img

19-01-2018 [12:48]


Azərbaycan Dövlət Gömrük Komitəsi işlənmiş təkərlərin idxal rüsumunun artırılması ilə bağlı narazılıqlara münasibət bildirib.

Dövlət Gömrük Komitəsinin sədrinin müavini Səfər Mehdiyev bu gün Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirakı ilə "2017-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda keçirilən mətbuat konfransında bildirib ki, hazırda ümumilikdə, 500-dən çox gömrük tarifinin, rüsumların 57%-i dəyişməyib: "Dəyişən tariflərin yalnız 7%-i artırılıb".

Onun sözlərinə görə, Azərbaycan bu ildən işlənmiş avtomobil təkərlərinin idxalı üzrə gömrük rüsumunu 3 ABŞ dollarından 10 dollara qaldırıb: "İşlənmiş təkərlərə tətbiq edilən rüsumun artırılmasına qarşı komitənin qarşısında aksiya keçirilib. Ölkəyə cəmi 3 nəfər işlənmiş təkər gətirib. Lakin aksiyaya 150-200 nəfər yığışmışdı. İşlənmiş təkər idxal edənlərlə aksiya keçirənlərin sayı uyğun gəlmir".

DGK sədri Aydın Əliyev isə bildirib ki, bununla bağlı qərar noyabrın 17-də dərc edilib və qüvvəyə minib: "Həmin vaxtdan 3 nəfərin adına qeydiyyatda olan 6 maşın işlənmiş təkər gətirilib. Etiraz edən 100 nəfərdən sənədlərini və özünü təqdim etmələrini istədik, onlardan cəmi 11-i sənədini təqdim edib. Qalan 89 nəfər isə qaçıb. Onlar iddia edirlər ki, 3 avroya təkər alırlar, buna görə niyə 10 dollar rüsum ödəməlidir? Biz də deyirik ki, siz 3 avroluq təkəri burda 50 manata sata bilirsinizsə, deməli bu rüsumu da ödəyə bilərsiniz”.
Femida.az


Digər xəbərlər
SON XƏBƏRLƏR