"Direktor Oqtay Şirəliyevin tələbə yoldaşıdır" - İşdən çıxarılan həkimdən növbəti bir şok açıqlama

img

19-01-2018 [11:48]


Xəbər verdiyimiz kimi, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışan tibb elmləri namizədi Səbinə Məmmədovanın institutun direktoru Həqiqət Qədirova ilə mübahisəsi geniş müzakirəyə səbəb olmuşdu. Bir neçə gün əvvəl tərəflər arasında mübahisəni əks etdirən video sosial şəbəkələrdə yayılmışdı. Direktora etiraz edən tibb elmləri namizədi Səbinə Məmmədova yayılan videoya görə yanvarın 13-də vəzifəsindən uzaqlaşdırılıb.

Mia.az xəbər verir ki, Səbinə Məmmədova unikal.org-a növbəti açıqlamasında bildirib ki, Həqiqət Qədirova Səhiyyə Naziri Oqtay Şirəliyevin tələbə yoldaşı olduğuna görə, vəzifə səlahiyyətlərindən sui-istifadə edir:

"Ona görə də mən məsələnin araşdırılmasına görə, möhtərəm prezident İlham Əliyev, 1-ci vitse prezident Mehriban xanım Əliyevadan kömək istəyirəm. Mən bu xalatı Ulu Öndərimiz Heydər Əliyevin xeyir-duası ilə geyinmişəm. Ulu öndərimiz Heydər Əliyevə söz verdiyim kimi ömrümün sonuna qədər Səhiyyəmizin keşiyində qalacağam!”.




Digər xəbərlər
SON XƏBƏRLƏR