İcra Hakimiyyətindən "Bakı" kinoteatrının ticarət mərkəzinə çevrilməsinə şərh: "Bizə söküntü ilə bağlı müraciət olunmayıb”

img

18-01-2018 [17:59]


"Bakı” kinoteatrının yerləşdiyi binadan bu mədəniyyət ocağının adı sökülərək götürülüb.

"Report” xəbər verir ki, artıq "Bakı kinoteatrı” sözləri "Brend shopping univermaq marka malları” sözləri ilə əvəzlənib. Hazırda binanın böyük hissəsi müxtəlif mağazalardan ibarət ticarət mərkəzi kimi fəaliyyət göstərir.

Xətai Rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov "Report”a açıqlamasında bildirib ki, binanın bir hissəsində ticarət mərkəzi olsa da, kinoteatrın fəaliyyəti dayandırılmayıb: "Amma kinoteatrın zalının əsaslı təmirə ehtiyacı var”.

Onun sözlərinə görə, Xətai Rayon İcra Hakimiyyəti də kinoteatrda tədbirləri keçirir: "Kinoteatrın yerləşdiyi bina sovet dövründə tikilib, 4-5 il olar ki, özəlləşib. Bina son illərdə ticarət mərkəzi kimi formalaşıb. Amma buna baxmayaraq, oranın sahibi kinoteatrı saxlayır”.

Binanın sökülmə ehtimalına gəlincə, şöbə müdiri qeyd edib ki, rayon ərazisində hər hansı söküntü olanda bununla bağlı icra hakimiyyətinə məlumat verilir: "İndiyə qədər bizə hər hansı söküntü ilə bağlı müraciət olunmayıb”.

Digər xəbərlər
SON XƏBƏRLƏR