Bu sahədə çalışanların maaşı artdı - Hökumətdən qərarlar + Rəqəmlər

img

18-01-2018 [00:09]


Nazirlər Kabineti "Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli”ndə dəyişikliklər edib.

Qüvvədə olan Vahid Tarif Cədvəlinə əsasən əməyin 1 ,2, 3 və 4-cü ödənilmə dərəcələrinə müvafiq olaraq 116, 121, 126 və 132 manat aylıq tarif (vəzifə) maaşı müəyyən edilib.

Dəyişikliyə əsasən bu dərəcələr üzrə aylıq vəzifə maaşı artırılıb. Əməyin 1 ,2, 3 və 4-cü ödənilmə dərəcələrinə müvafiq olaraq 130, 132, 134 və 136 manat aylıq tarif (vəzifə) maaşı müəyyən edilib.

Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

*** 
Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzində çalışan xadimənin aylıq vəzifə maaşlı 125 manatdan 130 manata qaldırılıb.

Nazirlər Kabineti bununla bağlı "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişikliklər edib.

Atatürk Mərkəzinin xidməti otaqları yığışdıran işçinin də aylıq vəzifə maaşı 116 manatdan 130 manata qaldırılıb. Eyni zamanda Atatürk Mərkəzinin arxivçi-kitabxanaçı və təsərrüfat müdirinin maaşı 135 manatdan 150 manata, kompüter operatoru və katibənin maaşı 120 manatdan 135 manata qaldırılıb.

Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.
apa

Digər xəbərlər
SON XƏBƏRLƏR