17-01-2018 [13:12]
"Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə aparılmır. Əgər belə bir mübarizə olsaydı, ortada nəticələr olardı”.
Bu fikirləri mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev səsləndirib. Onun sözlərinə görə, əgər korrupsiyaya qarşı mübarizə aparılsaydı, sabiq vergilər naziri Fazil Məmmədovun Ukraynada milyonlarla dəyəri olan hotelləri, zavodları ortaya çıxmazdı:
"Nazirdən soruşan yoxdur ki, sən 1500 manat maaş ala-ala, o qədər var-dövləti necə əldə etmisən. Bütün bunları beynəlxalq qurumlar da görürlər, ona görə də hakimiyyətin korrupsiyaya qarşı mübarizə apardığına inanmırlar. Hamısı görür ki, dövlət məmurları nəinki ölkədə, xaricdə də böyük sərmayələr qoyurlar. Bu faktları araşdırmaq lazımdır. Hansısa xırda məmuru tutmaq korrupsiyaya qarşı mübarizə aparmaq deyil. Korrupsiyaya qarşı Mübarizə İdarəsində mənim də dostlarım var, amma onlar daha ciddi mübarizə aparmalıdırlar. Korrupsiyaya qarşı ciddi mübarizə aparmaq istəyirlərsə, yardımçı ola bilərəm. Ünvanları da göstərərəm”.
Qeyd deək ki, 2017-ci il ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində dövlət və özəl sektorda çalışan 305 vəzifəli şəxs barəsində 214 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Partyia sədri bu statistik rəqəmləri ciddi mübarizə saymır. Onun sözlərinə görə, əsas korrupsionerlər kənarda qalıb, mininci adamı tuturlar:
"Hansı icra başçısı, nazir müavini, prokuror, polis rəisi korrupsiyaya görə tutulub? Ciddi mübarizə o zaman olar ki, qeyd etdiyim müstəvidə həbslər olsun. Bütün bunlar özümüzü aldatmaqdan başqa bir şey deyil. Guya yuxardakılar Fazil Məmmədovun, Eldar Mahmudovun, Ziya Məmmədovun nələrə sahib olduqlarını bilmirdilərmi? Nəyə görə vaxtında tədbir görmürdülər? İcra başçıları rayonları talan edirlər. "Qaçqınkomda” milyonlar mənimsənilir. Fazil Məmmədovun milyonları ortaya çıxır. Yaxşı onun müavinləri, idarə rəisləri niyə yoxlanmır? Eldar Mahmudov niyə azadlıqdadır? Niyə oğlu Azərbaycanın milyonlarını ölkədə rahat çıxara bilir?”.
H.Hacıyev korrupsiyaya qarşı mübarizə aparmalı olan qurumları cəsarətli olmağa çağırıb.
"Mən bu yolda hər şeyimi ortaya qoymuşam. Qardaşıma dəyə biləcək zərbələrə qarşı sipər olmuşam. İmkan vermək lazım deyil ki, ölkəmiz dünyanın gözündə korrupsiya yuvası kimi görünsün. Əgər bilmirlərsə, mən ünvan göstərim. Biri Kərəm Həsənov. Ölkəni talan edib dağıdırlar. Orda-burda da deyir ki, prezidentə işləyirəm. Hansı əməlinlə prezidentə işləyirsən? Sənin əmlak sahəsində yaratdığın korrupsiya şəbəkəsinin yaratdığı narazılıq ən böyük zərbədir. Bu məsələlərə diqqət göstərilməlidir. Bilmirlərsə, Kərəm Həsənovun Bakıdakı, Göygöldəki malikanələrinin, obyektlərinin siyahısını və ünvanını təqdim edə bilərəm”, - deyə partiya sədri fikrini tamamlayıb.
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb
Bakıda iməcilik və ağacəkmə aksiyası keçiriləcək
"...yardımımızı davam etdirməyə hazırıq" - ABŞ-dan rus sülhməramlılarının Qarabağı tərk etməsinə reaksiya
Bələdiyyədə hər yerə gizli kameralar yerləşdirilib: "Hər yerdə "böcək" və gizli kameralar var..."
Xankəndidə yenə silah-sursat aşkarlanıb
Müğənni pensiya azlığından şikayətləndi: "O pula qalsa, işləmək məcburiyyətindəyəm"
Ərdoğanın "qapı açıqdır" mesajına CHP lideri Strasburqda cavab verdi: "Yaxın günlərdə üzbəüz görüşəcəyik"
TƏBİB rəhbəri Arzu Bəndəliyevanı baş həkim təyin edib
Türkiyə parlamentində deputatların sayı azalıb - Səbəb
Ağdamda minaatan qurğular tapılıb