Ötən il korrupsiya ilə bağlı 7809 müraciət olub

img

17-01-2018 [10:27]


Bu gün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin 2017-ci ilin yekunlarına dair hesabat konfransı keçirilib.

İdarə rəhbəri Kamran Əliyev çıxış edərək bildirib ki, hesabat ilində Baş İdarə tərəfindən vətəndaşların 7809 müraciətinə baxılıb, həmçinin 280 cinayət xarakterli material araşdırılıb. Həmin materiallardan 181 (65%) material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, 99 (35%) material üzrə digər prokuror təsir aktlarının tətbiq edilməsi təmin edilib.

İdarəsinin 161 saylı "Qaynar xətt” əlaqə mərkəzinə 4183 müraciət daxil olub. Baş İdarə rəisi çıxışında bildirib ki, 2016-cı illə müqayisədə ötən il müraciətlərin sayı 1309 vahid (23,8%) azalıb ki, bu da "ASAN xidmət” mərkəzlərinin fəaliyyət coğrafiyasının daha da genişlənməsi və göstərilən xidmət növlərinin sayının artması ilə əlaqədardır.

Bu müraciətlər əsasında 23 cinayət işi başlanıb, həmçinin əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilərək aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR