Şriftin ölçüsü / 259 dəfə oxunub

Ərdoğan NATO Baş katibinə ABŞ-dan şikayətləndi: "Bu, təhlükəsizliyə ciddi zərbə vuracaq" - Telefon danışığı

16 Yanvar 2018 [21:19]
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı baş tutub.

Danışıq zamanı Ərdoğan Suriyada YPG-nin başçılığı ilə DSQ-yə bənzər yeni qüvvənin yaradılmasını qəbul etməyəcəklərini bildirib.

Türkiyə lideri deyib ki, belə bir qüvvənin yaradılması Suriyanın sabitliyinə və təhlükəsizliyinə ciddi zərbə vuracaq.

Ərdoğan əlavə edib ki, Türkiyə konstitusion haqlarından istifadə edərək sabitliyini və təhlükəsizliyini qoruyacaq.

Öz növbəsində Stoltenberq də vurğulayıb ki, terror hücumlarından qorunmaq Türkiyənin ən ali haqlarından biridir/Axar.az.


SON XƏBƏRLƏR
15:02 17.08.2018
Rusiya ABŞ-a nota verdi
13:44 17.08.2018
CƏBRAYILLILAR...