Şriftin ölçüsü / 130 dəfə oxunub

"Əgər bir demokratiya öz qərarını dəyişdirə bilmirsə, o, demokratiya olmaqdan çıxıb" - Avropa İttifaqının sədri

16 Yanvar 2018 [19:35]
"Böyük Britaniya hələ də "Brexit"lə bağlı qərarını dəyişib, Avropa İttifaqında qala bilər”.
 
APA-nın "Huffington Post"a istinadən verdiyi xəbərə görə, bu sözləri Avropa İttifaqı Şurasının sədri Donald Tusk Avropa Parlamentindəki çıxışı zamanı deyib. 

O bildirib ki, əgər Britaniya hökuməti öz qərarını dəyişməsə, "Brexit" öz mənfi nəticələri ilə birgə Britaniya hökuməti üçün reallığa çevriləcək. 
 
D. Tusk Böyük Britaniyanın "Brexit" işləri üzrə müzakirəçisi David Devisin sözlərini xatırladıb: "O özü demişdi ki, əgər bir demokratiya öz qərarını dəyişdirə bilmirsə, o, demokratiya olmaqdan çıxıb. Bizim ürəyimiz hələ də Britaniya üçün açıqdır”. 


SON XƏBƏRLƏR