Mikayıl Cabbarovdan növbəti təyinat - 4 yeni müşavir+ Adlar

img

16-01-2018 [09:17]


Vergilər naziri Mikayıl Cabbarov bir sıra təyinatlar edib. 

Mia.az Modern.az-a istinadən xəbər verir ki, Cabbarov özünə 4 yeni müşavir təyin edib. Nazirlikdə kadr dəyişikliklərinin davam edəcəyi bildirilir.

Reportun məlumatına görə,  yeni müşavirlər Orxan Nəzərli, Abdulla Tağıyev və Xəqani Abdullayevdir.

Xatırladaq ki, bundan öncə nazir daha iki müşavir təyinatı gerçəkləşdirmişdi. Camal Qasımov və Elnur Əliyev nazirin yeni müşavirləri, Ceyhunə Muxtarova isə köməkçisi təyin olunmuşdu.

Beləliklə, son təyinatdan sonra nazirin müşavirlərinin sayı 6 nəfərə çatıb.

Qeyd edək ki, Mikayıl Cabbarov Vergilər Nazirliyinə rəhbər gələndən sonra 64 nəfər vəzifəsinən kənaralaşdırılıb ki, onların sırasında eks-nazir Fazil Məmmədovun 12 müşaviri də vardı.

Digər xəbərlər
SON XƏBƏRLƏR