6 yaşlı qız yanğında həlak oldu, anası xəsarət aldı - Bərdədə faciə (Yenilənib)

img

15-01-2018 [12:07]


Bərdə rayonunun Güloglular kəndində ümumi sahəsi 44 m2 olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 22 m2 sahədə yanıb.
 
FHN-dən verilən məlumata görə, yanğın kəşfiyyatı zamanı 2012-ci il təvəllüdlü Novruzova Ruqiyyə Samir qızının yanmış cəsədi aşkar olunub. Yanğın zamanı bir nəfər müxtəlif yanıq xəsarətləri ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti tərəfindən Bərdə Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

*** 

Bərdədəevdə baş verən yanğın zamanı xəsarət alan şəxsin vəziyyəti ağırdır. Mərkəzi Rayon Xəstəxanasından APA-nın Qarabağ müxbirinə verilən məlumata görə, yanıq xəsarəti ilə xəstəxanaya çatdırılan 1991-ci il təvəllüdlü Novruzova Zümrüd Sirac qızının müalicəsi davam etdirilir. Z. Novruzova hadisə zamanı ölən 6 yaşlı Novruzova Ruqiyyə Samir qızının anasıdır.

Rayon Polis Şöbəsindən bildirilib ki, Z. Novruzovanın həyat yoldaşı Novruzov Samir Xəyyam oğlu işləmək üçün Dağıstan Respublikasına gedib.

Faktla bağlı araşdırma aparılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR