İngiltərə Premyer Liqası: "Liverpul" "Mançester Siti"ni məğlub edib

img

14-01-2018 [22:49]


İngiltərə Premyer Liqasının 23-cü turu çərçivəsində "Liverpul" "Mançester Siti"ni qəbul edib.

Mia.az "Report"a istinadən xəbər verir ki, qarşılaşma 4:3 hesabı ilə başa çatıb.

"Liverpul"un heyətində Aleks Oksleyd-Çemberlen (9-cu dəqiqədə), Roberto Firminqo (59-cu dəqiqədə), Sado Mane (61-ci dəqiqədə) və Məhəmməd Salah (81-ci dəqiqədə) fərqləniblər.

"Mançester Siti"də isə Leroy Sane (40-cı dəqiqədə), Bernardo Silva (84-cü dəqiqədə) və İlkay Gündoğan (91-ci dəqiqədə) topları rəqib komandanın qapısından keçiriblər.

Bununla da "Mançester Siti" İngiltərə Premyer Liqasının 2017/18 mövsümündə ilk məğlubiyyətə uğrayıb. "Şəhərlilər" son dəfə 2017-ci ilin 5 aprelində "Çelsi"yə məğlub olublar.

"Mançester Siti" 23 turdan sonra turnir cədvəlində 63 xalla birinci yerdə, "Liverpul isə 47 xal toplayaraq üçüncü yerdədir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR