"Bu şərəfsizlər bir gün də olsun, rahat yata bilməsinlər" - Keçmiş döyüşçüdən tələb

img

14-01-2018 [22:18]


Keşmiş döyüşçü Vaqif Əlisoy son günlər ermənilərin işğal altındakı ərazilərimizdə kilsə, ev və digər obyektlər tikdirməsinə kəskin etirazını bildirib.

Mia.az keşmiş döyüşçünün fikirlərini təqdim edir:

"Bildiyiniz kimi, "Yoxsul ermənilər", işğal olunmuş Qubadlı, Zəngilan, Laçın, Cəbrayıl və Kəlbəcər rayonlarında yeni-yeni evlər tikir, həmin evlərdə erməniləri məskunlaşdırır, yollar çəkirlər. Maraqlıdır ki  həmin obyektlərin tikintisində xarici şirkətlər də iştirak edir. Ancaq nə Azərbaycan iqtidarı, nə də müxalifət tərəfindən bir reaksiya yoxdur. Elə bu gün sosial şəbəkələrdə Talış kəndində tikinti işlərinin aparıldığı qeyd edilib. 

Düzdür, bəzi vətənsevər insanlar bu mövzu ilə bağlı statuslar yazır, paylaşmalar edirlər. Əllərindən bundan başqa nə gəlir ki? Təyinatlı deputatların biri də hələ bir dəfə bu məsələni Milli Məclis səviyyəsində qaldırmayıblar. Elə isə nə etməli? Niyə XİN və MN heç olmasa, sərt bir bəyanatla çıxış etmirlər? Buna görə də ermənilər özlərini təhlükəsiz hesab edirlər. Ona görə də ermənilərə və onların havadarlarına xatırladılmalıdır ki, əgər ermənilər həmin ərazilərdə işləri dayandırmasa, həmin obyektlər ordumuz tərəfindən darmadağın ediləcək və bunun da məsulliyyəti işğalçı Ermənistanın üzərinə düşəcək. Bunun üçün ordumuzun ən müasir silahları var (bəs niyə almışıq bunları?) Elə etmək lazımdır ki, bu şərəfsizlər bir gün də olsun, rahat yata bilməsinlər!".

Digər xəbərlər
SON XƏBƏRLƏR