"Türkiyə öz təhlükəsizliyi üçün bütün tədbirləri görəcək" - Rəsmi Ankaradan ABŞ-ın Suriyadakı planına sərt etiraz

img

14-01-2018 [21:16]


Türkiyənin Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın ABŞ-ın Suriyanın nəzarət etdiyi ərazisində "sərhəd təhlükəsizliyi qüvvəsi" yaratmaq planını pisləyib.

O, Suriyanın ABŞ-ın nəzarət altında olan ərazisində Vaşinqtonun "sərhəd təhlükəsizliyi qüvvəsi" adlandırılan planının qəbuledilməz olduğunu bildirib.

"ABŞ terror təşkilatını qanuniləşdirən tədbir görür. Bu, narahatlığa səbəb olur və qəbuledilməzdir", - deyə o, bildirib.

Kalın vurğulayıb ki, Türkiyə ölkənin daxilində, eləcə də onun hüdudları xaricində terrorizmlə istənilən mübarizə hüququnu özündə saxlayır.

"Türkiyə öz təhlükəsizliyinin təminatı üçün bütün tədbirləri görəcək", - deyə o, qeyd edib/Report.

Xatırladaq ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya əsasını PKK-nın Suriya qolu PYD/YPG təşkil edəcək 30 minlik sərhəd təhlükəsizliyi qüvvəsi yaratmaq planı üzərində çalışdığınıl bəyan edib. 

 Açıqlamada bildirilib ki, bu qüvvənin missiyası İraq, Türkiyə sərhədlərini və Fərat çayı boyu sərhədi qorumaqdır.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR