Göyçay rayonunda dava - 24 yaşlı gənc bıçaqlandı

img

14-01-2018 [18:02]


Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə bu gün rayonun Ləkçiplaq kəndində qeydə alınıb.

Kənd sakini 1994-cü il təvəllüdlü Yusifzadə Ülvi Yaşar oğlu dava zamanı qarın nahiyəsindən bıçaqlanıb. O, təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılaraq cərrahiyə əməliyyatı olunub. Onu bıçaqlayan şəxsin kimliyi hələ ki, məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törədən şəxsin tutularaq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR