Çin sahillərində yanan İran tankeri batıb, 32 nəfərdən ibarət heyət üzvü ölüb

img

14-01-2018 [14:54]


Yanvarın 7-də Çin sahillərində Honkonqun yük gəmisi ilə toqquşan İrana məxsus "Sanchi" neft tankeri göyərtəsində baş verən növbəti partlayışdan sonra batıb.

"Report” xəbər verir ki, bu barədə bazar günü Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Toqquşmadan sonra 136 min ton qaz kondensatı daşıyan tankerin göyərtəsində yanğın baş verib, birinci partlayışdan sonra Çin xilasediciləri onu söndürməkdən imtina ediblər və gəmi axınla Yaponiya sahillərinə doğru hərəkət etməyə başlayıb.

Xilasedicilər 32 heyət üzvündən yalnız 3 nəfərin meyitini tapa biliblər. İran hakimiyyəti onların hamısının öldüyünü etiraf edib.

Hadisənin səbəbləri hələ ki, məlum deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR