"Bu çox cəsur, zərif roman idi!" - Prezident erotik roman yazıb

img

14-01-2018 [11:53]


Fransa prezidenti Emmanuel Makron 16 yaşında ikən gələcəyin birinci xanımı olacaq 40 yaşlı müəllimi Brijit Tronye ilə münasibətlərinin başlamasına həsr olunan erotik roman yazıb.

"Report” xəbər verir ki, bu barədə dövlət başçısının xanımının tərcümeyi-halının satışa çıxması ərəfəsində "Closer" jurnalı yazıb.

Nəşrin iddiasına görə, kitabda Makronun 1993-cü ildə mətn yığmaqla pul qazanan qonşusunun sözləri sitat gətirilir.

"Bir dəfə o, məndən yenicə yazdığı 300 səhifəlik kitabı çap etməyimi istədi. Bu çox cəsur, zərif roman idi! Adlar, əlbəttə ki, uydurma idi, lakin düşünürəm ki, o, həmin vaxt keçirdiyi hissləri ifadə etmək istəyirdi", - deyə gələcək prezidentin qadın qonşusu bildirib.

Makron gələcək həyat yoldaşı olacaq Fransız dili müəllimi Brijit Tronye ilə məktəbdə tanış olub. Cütlük münasibətlərini 2007-ci ildə rəsmiləşdirib. Onların arasında yaş fərqi 24 ildir. Fransanın birinci xanımının tərcümeyi-halı yanvarın 17-də satışa çıxarılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR