İçində 162 sərnişin olan təyyarə zolaqdan çıxaraq belə aşdı - Türkiyədə + VİDEO

img

14-01-2018 [10:57]


Türkiyənin "Pegasus Airlines" aviaşirkətinə məxsus təyyarə Trabzon aeroportuna eniş zamanı zolaqdan kənara çıxıb.

Bu barədə bazar günü yerli televiziya məlumat yayıb.

Bildirilir ki, təyyarə Ankaradan Trabzona uçub. Qəzanın səbəbləri barədə məlumat verilmir.

İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Təyyarənin göyərtəsində 162 sərnişin və 6 heyət üzvü olub. İnsanlar xilasedici pilləkanlar vasitəsi ilə təxliyyə edilib/Report.



Digər xəbərlər
SON XƏBƏRLƏR