MMP-də rayon təşkilatları gücləndirilmiş iş rejiminə keçib

img

12-01-2018 [19:19]


"Qərargahımız olmasa da, təşkilatımızın iclaslarını keçirməyə məkan tapırıq. Əsas məqsədimizdə nə qədər israrlı olmağımızdır”.

Bunu Versus.Az-a Müasir Müsavat Partiyasının Şəki rayon təşkilatında keçirilən iclaslarla bağlı məlumatında təşkilatın sədri Mübarək Lətifova bildirib.

Qeyd edək ki, prezident seçkiləri ilə əlaqədar olaraq MMP-nin bütün rayon təşkilatları gücləndirilmiş iş rejiminə keçib. Təbliğat-təşviqat işləri sürətləndirilib. Keçirilən iclaslarda ölkədə və dünyada baş verən hadisələr müzakirə edilir, dövlətçiliyə zərbə vuran məmur özbaşınalığından söz edilir, birgə mübarizə yollarından danışılır.

Partiyanın rayon təşkilat sədrləri eyni zamanda sakinlərlə görüşlər keçirir, partiyaya üzv olanlara üzvülük vəsiqələri təqdim olunur və mütəmadi olaraq MMP sədrinə görülən və görüləcək işlərlə bağlı hesabat verilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR