Bakıda vəzifəli şəxslərin evini soydular - Biri FHN-in baş leytenantı imiş

img

12-01-2018 [17:55]


Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqisrləndirilən mütəşəkkil dəstənin üzvləri - Orxan Quliyev, Təhməz Əsgərov, Nicat Əliyev, Rişan Bayramov, Cavid İsazadə və Camal Heydərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası yanvarın 17-nə təyin edilib.

İttiham aktına əsasən, dəstə üzvləri 2016-cı ilin sonlarından etibarən Badamdar qəsəbəsində mənzillərə soxularaq külli miqdarda pul, qızıl-zinət əşyaları, məişət avadanlıqları aparıblar.

Dəstə üzvlərindən biri - Nicat Əliyev Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı olub. O, daxili xidmət baş leytenantı rütbəsində xidmət edib.

Qarət olunan mənzillərin əksəriyyəti Orxan Əliyevin qonşuları olub. Təqsirləndirilən şəxslər 2016-cı ilin noyabr ayında dəstə üzvü O.Quliyevin qonşusu Vüqar Əliyevə məxsus mənzilin qıfılını sındırıblar, Bijuteriya və 20 manat xırda pullar oğurlayaraq zərərçəkmiş şəxsə 425 manat ziyan vurublar.

Eyni üsulla onlar qonşulaqda yaşayan Mehbalı Quliyevin də evindən oğurluq ediblər. Dəstə üzvləri həmçinin Badamdarda yaşayan Ayna Sadıqovanın evindən 21 min manatlıq, Azad Əliyevin mənzilindən isə 12 min manatdan çox qızıl-zinət əşyaları oğurlayıblar. Qəsəbə sakini Mərahim Əkbərovun mənzilinə soxulan şəxslər ona 18 min 520 manat ziyan vurublar.

Qızıl-zinət əşyaları "Moskva” unuvermağında satılıb, əldə olunan gəlir dəstə üzvlər arasında bölünüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR