“Azercell”dən "General Mobile 6" - Yeni ilin ilk sərfəli kampaniyası + Detallar

img

12-01-2018 [16:36]


Yeni ilin ilk günlərində "Azercell Telekom" abunəçilərini yeni kampaniyaları ilə sevindirməyə davam edir. Şirkət 4,5 milyonluq abunəçi ailəsi üçün yeni smartfon kampaniyasına başlayır.

 Yanvar ayının 12-dən etibarən General Mobile 6 kampaniyası çərçivəsində abunəçilər güclü funksionallığı ilə seçilən 4G dəstəkli GM6 telefonuna faizsiz kreditlə ayda 35 AZN ödəyib sahib olmaqla yanaşı, bir sıra üstünlüklər də əldə edəcəklər. 

Belə ki, kampaniya iştirakçıları hədiyyə olaraq hər ay 5GB internet və üstəlik telefon üçün 1 illik pulsuz Kaspersky Antivirusu əldə edəcəklər.  

Kampaniya bütün Azercell ofislərində və diler mağazalarında keçərlidir. 

Siz də Azercell-in yeni sərfəli kampaniyasına qoşularaq, yeni smartfon, mobil inernet və sərfəli danışıq imkanı qazanın.

Digər xəbərlər
SON XƏBƏRLƏR