Ramil Usubov rəisi işdən çıxartdı - Yeni təyinat

img

12-01-2018 [13:35]


Bakıda polis bölməsinin rəisi dəyişdirilib.

Bu barədə Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəisi Cövdət Məmmədov tutduğu vəzifədən azad edilərək Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

21-ci Polis Bölməsinin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, 24-cü Polis Bölməsinin rəisi olmuş Hikmət Usubov bir müddət əvvəl tutduğu vəzifədən azad edilərək Yasamal rayon Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib/APA


Digər xəbərlər
SON XƏBƏRLƏR