Bakı metrosunda dəhşət: Yaşlı kişi özünü qatarın altına atdı

img

12-01-2018 [10:47]


Bakı metrosunda intihara cəhd olub.

Bu gün səhər saat 09:10-radələrində metronun "Qara Qarayev” stansiyasında təxminən 60-70 yaşlarında olan kişi özünü qatarın altına atmağa cəhd edib. Qatar kişini vuraraq platformaya atıb. Hadisə yerinə Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının həkimləri çağrılıb və o, ağır xəsarətlərlə xəstəxanaya aparılıb.

Məsələ ilə bağlı "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi PaşayevUnikal.org-a bildirib ki, hadisə "Həzi Aslanov” "Dərnəgül” istiqamətində hərəkət edən 28 saylı qatarda baş verib:

"Təxminən saat 09:18 radələrində ahıl kişi metronun "Qara Qarayev” stansiyasında özünü qatarın altına atmağa cəhd edib. Kişi qatarın altına düşməsə də, qatarın təzyiqindən platformaya yıxılıb. Olay nəticəsində qatarların hərəkətində kiçik fasilə yaranıb. Hələlik intihar etməyə cəhd edənin şəxsiyyəti məlum deyil. Onun üzərində heç bir sənəd olmayıb”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR