11-01-2018 [23:55]
Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış jurnalist, alim İbrahim Quliyev Mərkəzi Neftçilər Xəstəxanasında üzləşdiyi biabırçı durumu qələmə alıb.
Yazıda xəstəxanada insanlara qarşı qeyri-insani münasibət, xəstələrin saaatlarla gözləməsi, vergidən yayınma halları barədə maraqlı məqamlar var.
Mia.az "BakuPost”a istinadən mövzunun aktuallığını nəzərə alaraq, həmin yazını olduğu kimi təqdim edir:
***
Bu gün Mərkəzi Neftçilər Xəstəxanasında oldum. Burun-boğaz-qulaq xəstəlikləri üzrə həkim-otolorinqoloq Tural Hüseynovun qəbuluna getmişdim.
Qabaqcadan zəng edib razılaşmışdıq. Saat 9-30-da xəstəxananın 4-cü mərtəbəsində vəzifəsinin nədən ibarət olduğu bəlli olmayan bir qadın mənim də adımı əlindəki uzun qəbul siyahısına yazıb, məni koridordan pilləkən meydançasına çıxardı və qapını arxadan bağlayaraq gözləməyi tapşırdı.
Doğrudur, dar meydançada iki oturacaq var idi, amma onlar məndən qabaq gələnlər tərəfindən tutulduğu üçün çoxları kimi mən də pilləkənlərin üstündə ayaq üstə dayanmalı oldum. Burada qocalar və uşaqlı qadınların əksəriyyəti pilləkənlərin üstünə qəzet sərib oturmuşdu. Düzünü deyim, bu mənzərə mənim yadıma XX əsrin başlanğıcındakı Bakı qul bazarlarını saldı...
Düz iki saat gözləyəndən sonra, nəhayət, bayaqki siyahıtutan qadın mənə yaxınlaşıb, ödəniş eləməyi buyurdu. Nə qədər? 30 manat! Dinmədən çixarib verdim, amma əvəzində mənə nə qəbz, nə bir sənəd verdilər. Xanım çox sakitcə pulu alıb cibinə qoydu və məni həkimin yanına ötürmək istədi. Elə bu zaman balacaboy, arıq bir mühafizə işçisi aşağıdan bir xəstə gətirib, dedi ki, bunu filankəs tapşırıb, növbəsiz içəri keçməlidir.
Mən etiraz elədim, dedim ki, düz iki saatdır növbə gözləyirəm, mən növbəmi niyə başqasına verməliyəm? Mühafizəçi çox saymazyana şəkildə:
- Mən mühafizəçiyəm, - dedi və qabağa keçdi.
Başa düşdüm ki, artıq burada mübahisə eləmək yersizdir və əsəblərim getdikcə tarım çəkilir. Ona görə bayaq qəbzsiz, filansız 30 manatımı alıb cibinə basan xanıma yaxınlaşıb pulumu geri istədim. Dedim, mənə sizin həkim lazım deyil. Sənədsiz, qəbzsiz pulu alıb cibinə qoyan xanım əvvəl imtina eləmək istədi (imtina etsəydi də, heç bir şey edə bilməyəcəkdim, çünki əlimdə heç birsənəd yox idi), amma insaflı çıxdı. Daha doğrusu, yanındakı digər qadınların təkidi ilə pulu cibindən çıxarıb mənə qaytardı.
Doğrusu, bu Tural Hüseynovun necə həkim olmasını deyə bilmərəm, deyirlər, Türkiyədə də olub. Bəlkə də işinin öhdəsindən gələ bilir. Məni sadəcə olaraq narahat edən xəstəxanadakı qanusuzluq, dərəbəylik, vergidən yayınma hallarına imkan verən sənədsiz pul yığımı, insanlara etinasız münasibətdir. Həkim xəstəni toz-torpaqlı pilləkənlərin üstündə saatlarla oturub gözləməyə vadar etməməlidir. Mühafizə xidməti əməkdaşları xəstəxananın mühafizəsi ilə məşğul olmalıdır, həkim-xəstə münasibətinə müdaxilə etməməlidir.
Ölkə başçısı insanlara xidmət, sosial sahələrin inkişafı ilə bağlı ardıcıl tədbirlər gördüyü bir halda, kimlərsə öz maraqlarına görə xəstəxananı bazara çevirməməlidir!
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"