ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide AMEA Naxçıvan Bölməsində ilin yekunları ilə bağlı iclas - Qarşıda duran vəzifələr müzakirə olunub - mia.az
Şriftin ölçüsü / 266 dəfə oxunub

AMEA Naxçıvan Bölməsində ilin yekunları ilə bağlı iclas - Qarşıda duran vəzifələr müzakirə olunub

11 Yanvar 2018 [22:22]
AMEA Naxçıvan Bölməsinin qarşısında duran vəzifələrə həsr edilən tədbir keçirilib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən Mia.az-a verilən məlumata görə, AMEA Naxçıvan Bölməsinin 2017-ci ilin yekunları və qarşısında duran vəzifələrə həsr edilən tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, ötən il Naxçıvanın tarixi, maddi və mənəvi mədəniyyəti, mədəni mühiti, təbii sərvətləri, sosial-iqtisadi inkişafı, coğrafi şəraiti, potensial enerji mənbələri, biomüxtəlifliyi, qədim əlyazmaları, günəş sistemi cisimlərinin tədqiqinə həsr edilən tədqiqat işləri 24 şöbə və 8 laboratoriyada 2 akademik, 5 müxbir üzv, 5 elmlər doktoru, 53 fəlsəfə doktoru, 3 doktorant, 7 elmi işçi olmaqla yerinə yetirilib və elmin müxtəlif sahələrində mühüm nəticələr əldə edilib.

Qeyd olunub ki, ötən il əməkdaşların elmi-tədqiqat işləri 33 monoqrafiya, 17 kitab, 2 dərslik, 515 elmi məqalə, 190 konfrans materialı və 6 tezis olmaqla 767 elmi əsərdə öz əksini tapıb. Əsərlərdən 1 monoqrafiya, 1 kitab, 90 elmi məqalə, 72 konfrans materialı, 3 tezis olmaqla 165 əsər xaricdə çapdan çıxıb. Elmi məqalələrdən 45-i impaktfaktorlu jurnallarda, o cümlədən 10-u Thomson Reuters İnstitutu tərəfindən müəyyən olunan jurnallarda çap olunub. Bir elmi əməkdaşa düşən əsər sayı 10,2 olub. Bu da 2016-cı illə müqayisədə ötən il 151 əsər, o cümlədən 17 kitab və monoqrafiya çox çap olunub. Elmi məqalələrdən 104-ü xaricdə olmaqla 473-ü beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda çapdan çıxıb.

Məlumat verilib ki, bölmədə yaradılan tədqiqat qrupu tərəfindən (üç dildə) 460 səhifədən ibarət olan "Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas hazırlanaraq nəşr olunub. Həmçinin "Qarabağlar Türbə Kompleksi” (üç dildə) məqalələr toplusu hazırlanaraq çapa təqdim edilib. Hazırda AMEA-nın Coğrafiya İnstitutu ilə birgə "Naxçıvan coğrafiyası” ikicildliyi üzərində işlər davam etdirilir. Birinci cild nəşriyyata təqdim edilib, ikinci cildin yazılması işi yekunlaşaraq üzərində redaktə işləri aparılır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin "İslam həmrəyliyi İli” elan edilməsi və Naxçıvan şəhərinin 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar AMEA-nın Naxçıvan Bölməsi Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Dini Qurumlarla İş üzrə İdarəsi ilə birgə "Naxçıvan: Türk-İslam mədəniyyəti abidələri” albom-kataloqu və "İslamda müdrik kəlamlar” kitablarının hazırlanması ilə əlaqədar işçi qrupu yaradılmış və hər iki kitab beynəlxalq konfrans ərəfəsində çap olunub. Hazırda Naxçıvan imamzadələri, Naxçıvan buzxanaları, Naxçıvan hamamları kitabçaları hazırlanır.

Bildirilib ki, ötən il Bölmənin Təbii Ehtiyatlar İnstitutunun əməkdaşları bir patent almış, 5 patent hazırlayaraq aid qurumlara təqdim edib.

Qeyd olunub ki, bölmədə yerinə yetirilən iki qrant layihəsinə 2017-ci ilin ilk ayında yekun vurulub və 2016-cı ildə AMEA Naxçıvan Bölməsi üzrə qrant layihələri müsabiqəsində qalib olan 1 beynəlxalq və 3 respublika səviyyəli qrant layihəsinin icrası ötən il uğurla davam etdirilib.

Eyni zamanda Bölmənin 36 əməkdaşı respublikada və xaricdə 22 beynəlxalq simpozium, konfrans və tədbirlərdə məruzələrlə çıxış edib.

Ötən il AMEA Naxçıvan Bölməsində yaradılmış işçi qrupu tərəfindən hazırlanan "Naxçıvan tarixi” çoxcildliyi kitabı 2017-ci ilin fevral ayında Naxçıvan Muxtar Respublikası mükafatına, həmçinin AMEA-nın müxbir üzvü Qadir Qədirzadənin "Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” kitabı Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin mükafatına layiq görülüb.

AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”na əsasən "Dövlət Dil Komissiyası”nın üzvü təyin olunmuş, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 01 noyabr 2017-ci il tarixli 12/3 nömrəli qərarı ilə təsdiq edilmiş "Orfoqrafiya komissiyası” na üzv seçilmişdir.

Eyni zamanda elmi əməkdaşlardan kimya üzrə fəlsəfə doktoru Günel Məmmədova Rusiya Təbiətşünaslıq Akademiyasının professoru, ABŞ-ın nüfuzlu elmi jurnalının redaksiya heyətinə üzv seçilmiş, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrolgiya və Patent üzrə Dövlət Komitəsinin İxtiraçılıq sahəsində nailiyyətlərə görə IV respublika müsabiqəsində yer tutmuş və mükafatlandırılmış, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov Qars Valiliyi, Azərbaycanın Qarsdakı Baş Konsulluğu, Qars Bələdiyyəsi və Qars Qafqaz Universitetinin birgə təşkil etdiyi Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş şeir müsabiqəsində fərqləndiyinə görə "Təşəkkür” sertifikatına, iqtisadiyyat üzrə fəlsəfə doktoru Sevinc Cabbarova Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu təşkilatçılığı ilə keçirilən tədbirdə "İlin fəal gənci” nominasiyası üzrə diploma, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova Naxçıvan Muxtar Respublikasında 2017-ci il üçün "İlin yazıçısı”, "Ədəbiyyat qəzeti”ndə çap olunan əsərlərinə görə Azərbaycan Yazıçılar Birliyi və "Ədəbiyyat” qəzetinin "Əli bəy Hüseynzadə” mükafatlarına layiq görülmüş, filologiya üzrə fəlsəfə doktoru Nuray Əliyeva elm sahəsində səmərəli fəaliyyətinə görə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplomla, elmi işçi Turac Süleymanova Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif edilib. Elmi fəаliyyətlərinə görə bölmənin Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə

fəlsəfə doktoru Fizzə Məmmədova və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Çinarə Rzayeva İlin alimi fəхri adına layiq görülərək Bölmənin Fəxri Fərmanı ilə təltif olunublar.

2018-ci ilin Naxçıvan Bölməsi üçün "İnkişaf ili” elan edildiyini xatırladan İsmayıl Hacıyev gələcəkdə aparılacaq tədqiqatların elmi səmərəliyini yüksəltmək və təcrübədən istehsalata istiqamətindəki işlərin canlandırılması üçün müvafiq tapşırıqlarını verilib.

Tədbirdə Bölmənin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov çıxış edərək 2018-ci ildə də qarşıya qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirəcəklərini bildiriblər.




ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR