Fazil Məmmədov üzə çıxdı, rəhbərlik etdiyi federasiyada gözlənilməz dəyişiklik etdi - Təyinat

img

11-01-2018 [21:00]


Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbərliyində kadr dəyişikliyi aparılıb. 

Mia.az AGF-nin saytına istinadən xəbər verir ki, federasiya prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə qurumun I vitse-prezidenti vəzifəsinin müvəqqəti icraçısı Sahib Nurəddin oğlu Ələkbərov tutduğu vəzifədən azad edilib. 

Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti vəzifəsinin icrası Firdovsi Qəminalı oğlu Umudova həvalə edilib. 

Qeyd edək ki, F.Umudov sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi, əməkdar məşqçi, beynəlxalq dərəcəli idman ustası, Dünya Güləş Birliyi Məşqçilər Assosiasiyasının üzvüdür. O, güləş idman növünün inkişafındakı xidmətlərinə görə 2009, 2012 və 2015-ci illərdə Azərbaycanın, 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi seçilib, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Şöhrət" ordeni, "Tərəqqi" medalı və "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" ilə təltif olunub. 

Onu da qeyd edək ki, AGF-nin prezidenti keçmiş vergilər naziri Fazil Məmmədovdur.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR