Türkiyə sərhədlərində böyük oyun: 10 maddəlik planın şok DETALLARI

img

11-01-2018 [16:15]


Türkiyə, Rusiya və İranın qurduğu üçtərəfli ittifaqı və atdığı addımları həzm edə bilməyən ABŞ bölgədə yeni oyunlar qurur.

Bunu Suriyanın İdlib əyalətində baş verən son hadisələri və Rusiyanın bu ölkədəki bazalarına hücumları şərh edən "Haber7” saytı yazıb.

Qeyd edilir ki, Astana formatı ilə Suriya danışıqları masasından kənarda qalan ABŞ regionda daimi qalmaq üçün heç bir addımdan çəkinmir.

"Bölgədəki varlığını PYD terror təşkilatı üzərindən davam etdirməyə çalışan ABŞ indi də Türkiyə-Rusiya-İran ittifaqını pozmaq istəyir. Türkiyənin İdlib və Afrində həyata keçirməyə çalışdığı əməliyyatlara mane olmağa çalışan ABŞ PYD-ni "nizamlı ordu”ya çevirmək və bunun sayəsində terror təşkilatının bölgədə nüfuzlu güc kimi qəbul olunmasına nail olmaq niyyətindədir”, - yazıda bildirilir.

Qeyd edək ki, Rusiyanın Suriyadakı Tartus və Hmeymin bazalarına pilotsuz uçuş aparatları ilə hücum cəhdindən sonra Suriya ordusunun Rusiya qırıcılarının köməyi ilə İdlibdə əməliyyata başlaması Ankara-Rusiya-İran üçbucağında gərginlik yaradıb.

Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu İran və Rusiyaya hücumların dayandırılması barədə xəbərdarlıq edib. Həmçinin, Rusiya və İranın Ankaradakı səfirləri Xarici İşlər Nazirliyinə çağırılıb. Çavuşoğlunun sözlərinə görə, Suriya rejimi "Ən-Nüsrə” Cəbhəsi bəhanəsi ilə mülayim müxalifləri vurur.

Rusiya Müdafiə Nazirliyinin isə Türkiyə Silahlı qüvvələri Baş qərargah başçısı Hulusi Akar və Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidana bir məktub göndərərək Türkiyənin Suriyadakı məsuliyyətinin xatırlatdığı bildirilir. Moskvaya görə, Rusiyanın Suriyadakı Hmeymim hərbi hava bazasına hücum edən pilotsuz uçuş aparatları müxalifət gücləri tərəfindən nəzarət edilən İdlib təhlükəsizlik bölgəsinin cənubi-qərbindən qalxıb.

"Haber7” hesab edir ki, Rusiya bazalarına hücumun formasına nəzər yetiriləndə, onun ABŞ və ABŞ-a yaxın ölkələr tərəfindən həyata keçirdiyi ehtimalı yüksəkdir. Bildirilir ki, bu tipli hücumlar daha əvvəl İŞİD və PYD tərəfindən heç vaxt həyata keçirilməyib.

Xəbərdə qeyd edilir ki, PYD-nin işğal etdiyi ərazilərdə "dövlətləşmə” layihəsini həyata keçirməyə çalışan ABŞ terror təşkilatı ilə 10 maddəlik planın icrasını razılaşdırıb:

1. PYD-yə siyasi, iqtisadi, diplomatik və hərbi dəstəyin artırılması.

2. "Dedokratik Suriya Gücləri”nin (əsasını PYD təşkil edir - red.) nəzarət etdiyi bölgələrdə "nizami ordu”nun qurulması (ABŞ-ın təlim keçdiyi 400 döyüşçü Türkiyə sərhədlərindəki kantonlara yerləşdirilib).

3. Yerli "hökumət”lərin gücləndirilməsi.

4. Rakkanın bərpası üçün koalisiya qüvvələrinin təşviq edilməsi.

5. İşğal olunmuş ərazilərdə neft, təbii qaz və digər ehtiyatların hasilatı.

6. Dövlət qurumları və məhkəmə sisteminin yaradılması.

7. Regional hava hücumundan müdafiə sisteminin qurulması.

8. Diplomatik büroların yaradılması, ABŞ diplomatlarının bölgəyə göndərilməsi və PYD-nin Cenevrə prosesinə daxil edilməsi.

9. Bölgədə yerli seçkilərin keçirilməsinə dəstək verilməsi.

10. Dəməşq və PYD arasında danışıqların aparılmasına kömək göstərilməsi.

Publika.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR