"Bu sərəncam birlik, bütövlük və həmrəylik çağırışımızdır..." - Əflatun Amaşov

img

11-01-2018 [13:55]


"Azərbaycan Xalq Cümhuriyyəti yaşadığımız coğrafiyada azərbaycanlı varlığının təntənəsi, əbədiyyat simvolu, tariximizi bu günümüzlə birləşdirən, gələcəyimizə körpü salan son dərəcə böyük dəyərdir".

Mia.az xəbər verir ki, bunu millət vəkili, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov deyib.

O qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsnə dair sərəncamı bu dəyərə ehtiramın bariz nümunəsi, dövlətçilik ənənələrimizə sadiqlik ruhunun mühüm göstəricisidir: "Bu sərəncam birlik, bütövlük və həmrəylik çağırışımızdır. Uca Tanrı Cümhuriyyət ilimizi xalqımız və dövlətimiz üçün düşərli eləsin. Cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz və xalqımız hər zaman var olsun!”.


Digər xəbərlər
SON XƏBƏRLƏR