Karlovun qətlini təşkil edən şəxs saxlanıldı - Səfirin güllələnməsi ilə bağlı yeni xəbər

img

11-01-2018 [13:15]


Türkiyədə Rusiyanın keçmiş səfiri Andrey Karlovun qətlinin təşkilində şübəhli bilinən şəxs polis tərəfindən saxlanılıb.

Trend-in məlumatına görə, bu, V.K.A adlı şəxsin ikinci həbsidir. Belə ki, bir müddət əvvəl o, Fəthulla Gülən hərəkatına yaxın olmaqda təqsirləndirilmiş və bu səbəbdən saxlanılmışdı.

Qeyd edək ki, A.Karlov 2016-cı ilin dekabrında Ankarada sərgi zamanı qətlə yetirilmişdi. Onu keçmiş polis əməkdaşı odu silahdan qətlə yetirmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR