RƏNGLİ AĞRILAR...

img

06-01-2018 [20:29]


Səxavət TAĞLAR
Əməkdar müəllim, yazıçı-publisist, 
AYB-nin Aran Bölməsinin məsul katibi

***

...Tənha olmaq istəmirəm. Ancaq səs- küydən, gündəlik qayğılardan, yorucu ünsiyyətdən, təkrarlanan həyat tərzindən, əlim çatan-çatmayan istək və arzulardan bir qədər aralı olmaq istəyirəm! İstəyirəm!... 

Buna cəhd etdim!...Əcaib sakitlik, qyğısızlıq, ünsiyyətsizlik, arzusuzluq, istəksizlik ağrı kimi boğdu məni. Ürəyimin döyüntüləri artdı, narahatlıq, rəngli ağrılar, qaranlıq qəlbimə hakim kəsildi. 

Düşündüm: "İlahi, haradayam?! Bu nə aləm!".

Nə yaxşı ki, telefonum zəng çaldı. Tədbirə getməliydim.Küçəyə çıxdım. Yenə səs-küy, qayğılı insanlar... Hamı evə tələsirdi.Kiminin əlində zənbil, kiminin əlində çörək, kiminin əlində portfel, kiminin əlində... hər gün rastlaşdığım, hal-əhval tutduğum nurani bir qoca evə yenə araqla gedirdi. Salamlaşdıq. Mənə bir göz də vurdu. Sandım ki, gedək içək deyirdi. Kaş içə biləydim... O qoca ilə dübədüz vuraydım...O dərdini, qayğısını, problemini, sevincini, istək və arzusunu mənə danışaydı...

İlahi, o nə qədər nurani bir insandır. Səmimidir, gülərüzdür, xoş ovqatlıdır... Görən bu araq nədir?! O niyə hər gün eyni vaxtda, eyni dükandan əli araqlı evə gedir?!... 

Ağrı ürəyimə yük edir. Sabah bazar günüdür. iş-güc də yoxdur. Onun arağını özüm alacam., dübədü olacağıq, dərdini öyrənəcəm, sevincini birgə yaşayacam...

Bircə sabah gəlsəydi...

Digər xəbərlər
SON XƏBƏRLƏR