“Bandotdel”dən iki rayonda xüsusi – Əməliyyat

img

18-12-2017 [14:30]


Ötən gün daxili işlər orqanları əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi Qərb bölgəsində regional şöbəsinin əməliyyat tədbirləri ilə Qazax rayonu ərazisində narkotik vasitələrin alqı-satqısında və istifadəsində şübhəli bilinən şəxs saxlanılıb.

Polis şöbəsində aparılan araşdırmalar zamanı onun Ağstafa şəhər sakini, əvvəllər məhkum olunmuş Şahmar Həmzəyev olduğu aydınlaşdırılıb. Baxış zamanı onun üzərindən 5 bükümdə narkotik vasitə olan marixuana aşkar edilib.

Polis əməkdaşları həmin şəxsin narkotik vasitəni Ağstafa rayonunda aldığı mənbəni də müəyyən ediblər.

Ağstafa rayon polis şöbəsi narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən Qazax rayon sakini Nurəddin Quliyevi rayon ərazisində saxlayıb. Onun yaşadığı evə və həyətində olan "QAZ-31” markalı avtomobilə baxış keçirilib. Bu zaman pəncərədə bükümdə və avtomobilin yük yerində torbada gizlətdiyi narkotik vasitə aşkar olunub.

Ekspertiza təqdim olunan narkotik vasitələrin – Şahmar Həmzəyevin üzərindən götürülmüş 7,577 qram, Nurəddin Quliyevin evindən və avtomobilindən götürülmüş 8 kiloqram 754 qram tapıntının marixuana olduğu barədə rəy verilib.

Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR