Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

img

18-12-2017 [13:06]


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludluolacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyigözlənilir.Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, havanın temperaturunun Abşeron yarımadasında gecə 7-9, gündüz 10-13,Bakıda gecə7-9, gündüz11-13dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqinormadan yüksək 765 mm civə sütunu, nisbi rütubətgecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 19-dahava şəraitinin əsasən yağmursuz keçəcəyigözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə3-8, gündüz 9-14 dərəcə isti,dağlarda gecə2dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz7-12 dərəcə isti olacağı gözlənilir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR