Amerika kəşfiyyatçıları Rusiyada terrorun qarşısını alıblar - Putin Trampla danışdı

img

18-12-2017 [09:37]


Rusiya prezidenti Vladimir Putin və onun amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub. 

Danışıq zamanı V.Putin Sankt Peterburqda terror aktının qarşısını almağa kömək etmiş Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) məlumatına görə D.Trampa təşəkkür edib. 

Bu barədə  Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. 

Məlumata görə, MKİ-nin təqdim etdiyi informasiya Sankt Peterburqun Kazan kilsəsində və digər izdihamlı yerlədə partlayışlar törətməyi planlaşdıran terrorçu qrupun müəyyənləşdirilərək saxlanılmasına yardım edib. 

Putin Trampdan MKİ rəhbərliyinə və operativ məlumatı əldə etmiş kəşfiyyatçılara təşəkkürünü çatdırmağı xahiş edib/APA. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR